“Dəstəsi 50 qəpik, zövqsüz efir acları...” Səidə tənqid etdi

22.01.2025

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Dünyanın heç bir yerində televiziya kanalları müğənnidən asılı qalmayıb".

Bu sözləri müğənni Səidə Sultan sosial şəbəkə hesabında yazıb.

Sənətçi hər gün verilişə çıxan ifaçıları tənqid edib:

"Bizim televiziya kanallarımız və ora gələn dəstəsi 50 qəpik, zövqsüzlüyü təbliğ edən, qapı-qapı kanalları gəzən, bir verilişə həftədə üç dəfə çıxan, ac, gözləri doymayan efir acları... Mən təklif edirəm ki, bu görməmiş efir aclarını kanallar ştat işçisi kimi işə götürsünlər.

Gedin, dincəlin. Müğənni də var ki, adam tapmayanda bir saat qalmış ona deyirlər. Amma danışanda sənəti ağzına yerləşmir". /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью