Detektorla qədim dəfinə tapıldı FOTO

27.09.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Köln şəhəri yaxınlığında dəfinə aşkar edilib. 

Avtosfer.az xəbər verir ki, həvəskar arxeoloq Oliver Ridl metal detektoru ilə axtarış apararkən 15 ədəd gümüş sikkə tapıb. Bununla belə, detektorun siqnalı dayanmadığı üçün o, ərazidə daha çox pulun olduğu qənaətinə gəlib.

Axtarışı dayandıran Oliver abidələrin qorunmasına məsul dövlət qurumlarını məlumatlandırıb. Axtarış zamanı ərazidən daha 934 gümüş pul çıxarılıb. Söhbət Roma dövrünə məxsus denarilərdən gedir. Dəfinənin ümumi kütləsi 3 kiloqram, dəyəri 6000 avrodur (12 000 manat). Bu, imperator Adrian dövrünə aid dünyada ən böyük beş dəfinə arasında yer alır.

Yerli muzeydə sərgilənən sikkələrin ən qədimi eradan əvvəl 148-ci ildə zərb edilib. Dəfinə gizlədildiyi vaxt bəzi sikkələrin yaşı 270-i ötüb. Bununla belə, onlar qanuni ödəniş vasitəsi olub.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью