Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hadisə nəticəsində altı nəfər yaralanıb: sürücü saxlanılıb
Naməlum səbəbdən bir avtomobil Detroyt hava limanı binasının girişinə çırpılıb. Hadisə nəticəsində altı nəfər yaralanıb. AYNA.AZ “Associated Press”ə istinadən bildirir ki, sürücü saxlanılıb.
Hadisə 24 yanvar axşamı baş verib. Avtomobil hava limanı binasına daxil olub və qeydiyyat masalarına çırpılıb. Hadisə nəticəsində altı nəfər yaralanıb. Onlara hadisə yerində tibbi yardım göstərilib. Mavi sedanın sürücüsü saxlanılıb. Hadisənin səbəbi araşdırılır.