Deutsche Bank 2025 ci ildə mənfəətini ikiqat artırıb

29.01.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Deutsche Bank” 2025-ci ilin son rübü və ilin yekununa dair maliyyə hesabatını açıqlayıb.

Banco.az xəbər verir ki, buna əsasən, bankın gəliri 2025-ci ildə əvvəlki illə müqayisədə 7 faiz artaraq 32,1 milyard avroya yüksəlib. Bankın ötən il səhmdarlara aid edilə bilən xalis mənfəəti isə 127 faiz artaraq 6,12 milyard avroya çatıb. Bu göstərici analitiklərin 5,94 milyard avro səviyyəsindəki gözləntilərini üstələyib.

Bankın investisiya bankçılığı bölməsinin gəliri ötən il 9 faiz artaraq 11,5 milyard avro olub. “Deutsche Bank”ın ötən ilin son rübündə əldə etdiyi gəlir 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 7,7 milyard avroya yüksəlib.

2024-cü ilin dördüncü rübündə 337 milyon avro olan xalis mənfəət isə ötən ilin son rübündə 1,6 milyard avroya çatıb.

“Deutsche Bank”ın baş icraçı direktoru (CEO) Kristian Zyuinq mövzu ilə bağlı açıqlamasında, “2025-ci il üzrə bütün maliyyə hədəflərimizə nail olduq”, – deyə bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью