Deutsche Welle : Zelenski gələn həftə ABŞ yə səfər etməyi planlaşdırır

24.07.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 28-də ABŞ-yə səfər edəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə "Deutsche Welle"nin (DW) ABŞ-dəki müxbiri Mixail Komadovski "X" sosial şəbəkəsində məlumat verib.

Qeyd olunub ki, səfər çərçivəsində senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla da görüşə bilər.

DW-nin məlumatına görə, bu görüşün formatı hələlik razılaşdırılma mərhələsindədir.

"Prezident Trampla görüş hazırlanır - rəsmilər onun formatını razılaşdırırlar: bu, dəfn mərasimi çərçivəsində görüş, şəxsi söhbət ya da Ağ Evə rəsmi səfər ola bilər", - Komadovski qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью