Devalvasiya məsələsi Azərbaycan Mərkəzi Bankının monetar siyasətinə uyğun nəzərə alınan prosesdir

23.04.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Marja.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Müqayisə üçün qeyd edək ki, ARDNF tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, bu ilin 1-ci rübündə valyuta satışı 584,8 milyon dollar və ya 31,8% artıb.Bu satış devalvasiyadan xəbər verirmi? Və yaxud Azərbaycan devalvasiyaya hazırdırmı?

İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın xarici ticarət balansında yaranan azalmalar müəyyən istiqamətdə, neftin qiymətlərində kəskin də olmasa və orada dövlət büdcəsinin təşkil edilən baza ssenarisinə yaxın olmasını nəzərə alsaq, bu məsələlərdə bir az təhdidlər yaranır.

Asif İbrahimov

İqtisadçı vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanda devalvasiya məsələləri Azərbaycan Mərkəzi Bankı tərəfindən monetar siyasətinə uyğun olaraq verilən qərardır: “Yəni hər hansı bir formada daxili və xarici faktorlar təsir edir, amma qərar birbaşa Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Ümumiyyətlə, praktikada görürük ki, hər 10 ildən bir hökumət öz monetar siyasətində, öz pul siyasətində müəyyən korreksiyalar müəyyən tənzimləmələr həyata keçirir. Sonuncu devalvasiyadan da artıq 10 il keçib. Amma bunu demək xüsusilə çox çətindir. Nəyə görə çətindir? Çünki bu, Mərkəzi Bank tərəfindən müəyyən məsələlərin təhlili nəticəsində verilmiş qərar əsasında həyata keçirilə bilir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью