Devalvasiya riski yoxdur İqtisadçı

27.01.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Devalvasiya riski bir neçə əsas şərt formalaşdığı halda arta bilər. Bunlara neftin qiymətinin 50 ABŞ dollarından aşağı düşməsi, ölkədən çıxan valyutanın daxil olan valyutanı üstələməsi, dövlət büdcəsi xərclərinin kəskin və nəzarətsiz şəkildə artması, eləcə də Mərkəzi Bankın valyuta ehtiyatlarının 10–15 faizdən çox azalması daxildir. İndiki iqtisadi vəziyyətdə bu faktorların eyni vaxtda baş verməsi real görünmür. Yəni devalvasiya riski yoxdur”.

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov deyib. O bildirib ki, mövcud iqtisadi göstəricilər və makroiqtisadi sabitlik nəzərə alındıqda, yaxın perspektivdə Azərbaycanda devalvasiya ehtimalı aşağı qiymətləndirilir və bu məsələ gündəlik iqtisadi reallıq kimi aktuallıq daşımır: ”Xarici investisiyaların davamlı axını ölkəyə əlavə valyuta gətirir və bu da manatın mövqeyini gücləndirən əsas faktorlardan biridir. Eyni zamanda, Azərbaycanın tədiyə balansında ciddi mənfi fərqin olmaması da devalvasiya riskini azaldır”.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью