Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Azərbaycan iqtisadiyyatında baş verən mühüm hadisələrdən birinin – 2015-ci ildə baş verən devalvasiyanın 10-cu ildönümüdür.
Yeniavaz.com xəbər verir ki, 21 fevral 2015-ci ildə Azərbaycan Mərkəzi Bankı manatın dollar qarşısındakı məzənnəsini 1,05 manat səviyyəsindən 1,55 manat səviyyəsinə endirib.
Həmin ilin sonunda ölkədə ikinci devalvasiya baş verib və manat dollar qarşısında 1,55 manatdan 1,7 manata qədər dəyər itirib.
Bəs görəsən, 10 ildən sonra Azərbaycanda yeni devalvasiya gözlənilirmi?
Qarşıdakı dövrlərdə manatın məzənnəsi sabit qalacaq, yoxsa növbəti devalvasiya baş verəcək?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, yeni devalvasiyanın olub-olmayacağı yerli və qlobal iqtisadiyyatda baş verən dəyişikliklərdən asılı olacaq: “Dövlət Neft Fondunun valyuta ehtiyatları 2025-ci ilin əvvəlində 60 milyard dolları ötüb.
Mərkəzi Bankın ehtiyatları isə təxminən 11 milyard dollara yaxınlaşıb.