Dəvət almayanlar kənarda qalacaq “WhatsApp”da yenilik

01.06.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“WhatsApp” qruplarla bağlı yenilik üzərində işləyir.

News24.az xəbər verir ki, yeni funksiya qruplara üzv olmağı əhatə edir. Bildirilir ki, yeni funksiya istifadəçilərə qruplara yalnız dəvətlə qoşulma imkanı verir. Məlumata görə, bu yenilik, istifadəçilərə anonim qruplara qoşulma risklərini azaldacaq və daha çox təhlükəsizlik təmin edəcək. Yenilik sayəsində qrup sahibləri yalnız dəvət edilmiş şəxsləri qruplarına əlavə edə biləcəklər.

Yenilik, xüsusən şəxsi məlumatların qorunması və qruplarda yalnız tanıdığınız şəxslərlə əlaqə saxlamaq istəyənlər üçün faydalı olacaq./Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью