Devid Bekhem Bodrumda otel açır?

17.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyaca məşhur ingilis futbolçu Devid Bekhemin Muğlanın Bodrum şəhərində açılacaq 700 otaqlı oteldə tərəfdaş olacağı iddia edilir. 

“Cebheinfo.az” xəbər verir ki, Bekhemin ortağı olduğu iddia edilən Kağan Günel adlı şəxs hələlik imzalanmış müqavilə olmadığını bildirib. 
Yerli mətbuatda və sosial mediada yayılan xəbərlərdən sonra araşdırma aparılıb və investisiya haqqında məlumatı olduğu iddia edilənlər vəziyyəti təkzib ediblər.

Sosial mediada yayılan xəbərlərdə otelin tutumu, tərəfdaşları, sosial obyektləri və tamamlanma qrafiki ilə bağlı bütün məlumatlar yer alsa da, investisiya ilə bağlı heç bir tərəfdaşlıq müqaviləsinin olmadığı məlum olub.

Bodrum meri Tamer Mandalinci layihə barədə məlumatlandırılmadıqlarını bildirib.

Mandalinci həmçinin bildirib ki, bu böyük bir investisiya üçün lazımi icazə prosesləri uzun müddət çəkir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью