Devid Bekhem “Coty” şirkətinə qarşı 41 milyon dollarlıq məhkəmə iddiası qaldırıb

19.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

İngiltərə milli komandasının keçmiş kapitanı Devid Bekhemə məxsus “DB Ventures” şirkəti öz adını daşıyan ətirlərin ucuz qiymətli mağazalar şəbəkəsində və yanacaqdoldurma məntəqələrində satılmasına görə ABŞ-nin “Coty” kosmetika və parfümeriya qrupuna qarşı 41 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.

AZƏRTAC “Associated Press” agentliyinə istinadən xəbər verir ki, iddiada “Coty” şirkətinin lisenziya müqaviləsinin şərtlərini pozaraq məhsulları razılaşdırılmamış satış kanalları vasitəsilə ucuzlaşdırılmış qiymətlərlə bazara çıxardığı və bununla da brendin lüks imicinə ciddi zərər vurduğu bildirilir. Məhkəmə sənədlərində qeyd olunur ki, Bekhemin komandası ətirlərin Böyük Britaniyanın endirimli mallar şəbəkəsi olan “Poundland” mağazalarında və yanacaqdoldurma məntəqələrindəki ucuz satış səbətlərində təklif edilməsini “şok və məyusluqla” qarşılayıb.

“DB Ventures” dəymiş ziyana görə 41 milyon dollar təzminat və ödənilməmiş 6 milyon dollarlıq qonorar tələb edir.

Nyu-York Ali Məhkəməsinə təqdim etdiyi müdafiə sənədində iddiaları qəti şəkildə rədd edən “Coty” şirkəti isə məhkəmədən işə xitam verilməsini istəyib. Şirkət məhsulların “Poundland” mağazalarına satıldığını təkzib edib və bu iddianın 2028-ci ildə başa çatacaq müqaviləni vaxtından əvvəl pozaraq lisenziyanı “Interparfums” şirkətinə ötürmək üçün süni bəhanə olduğunu iddia edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью