Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu dəfə Hindistana yollananlar arasında dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem yer alıb.
Axşam.az xəbər verir ki, bu barədə 50 yaşlı keçmiş idmançı sosial media hesabında paylaşım edib. O, Mumbayda olduğunu yazıb. "Cəngavər" elan edilən Bekhem UNICEF-in xoşməramlı səfiri kimi ölkəyə səfər edib. Onu çiçək buketi və aarti ritualı ilə qarşılayıblar.
Qeyd edək ki, son iki ildə bir çox hindistanlı milyarederin ailəsindəki toylara görə Rihanna, Cennifer Lopez, Castin Biber, Mark Zukerberq, Bİl Qeyts və digərləri Hindistana səfər edib.