Devid Bekhem FIFA prezidenti ola bilər

17.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İngiltərə futbolunun əfsanəsi Devid Bekhemin FIFA-nın hazırkı prezidenti Canni İnfantinoya mümkün alternativ namizədlərdən biri kimi adı hallanır.

İdman.Biz “Sky Sport” nəşrinə istinadla xəbər verir ki, Avropa futbol qurumları İnfantinoya rəqib olacaq namizəd axtarışındadırlar. Bu prosesdə keçmiş ingiltərəli futbolçu Devid Bekhemin də adı müzakirə olunur.

İnfantino 2027-ci ildə keçiriləcək seçkilərdə yenidən FIFA prezidenti seçilməyi hədəfləyir. Lakin son dövrlərdə onun rəhbərliyinə qarşı tənqidlər artıb və Avropa futbol rəsmiləri alternativ namizədin müəyyənləşdirilməsinə çalışırlar.

Bekhemin namizəd kimi nəzərdən keçirilməsinin əsas səbəbləri onun dünya miqyasında tanınması, beynəlxalq əlaqələri və futbol idarəçiliyindəki təcrübəsidir. O, ABŞ-nin “İnter Mayami” klubunun ortaq sahibidir və beynəlxalq futbol layihələrində də iştirak edir.

Bununla belə, Bekhemin FIFA prezidentliyinə namizəd olmaq niyyətində olduğuna dair rəsmi açıqlama yoxdur. Hazırda onun adı yalnız mümkün alternativlərdən biri kimi hallanır.

Qeyd edək ki, FIFA prezidentinin növbəti seçkilərinin 2027-ci ilin martında keçirilməsi gözlənilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью