Devid Bekhem Fransa klubunu almaq istəyir

28.08.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə millisinin və "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Devid Bekhem Fransanın "Nant" klubunu almaq istəyənlər arasında ola bilər. Sport24.az xəbər verir ki, bu barədə Ouest-France xəbər verir ki, bu barədə "Ouest-France" məlumat yayıb. 

Nəşrin yaydığı xəbərə əsasən, "Nant"ın sahibi Valdemar Kita ən azı üç təklif alıb ki, bunlardan ikisi Böyük Britaniyada yerləşən fondlarla bağlıdır. Bekhemin adı danışıqlarda dəfələrlə çəkilib. Hazırda "İnter Mayami"nin həmsahibinin potensial sövdələşmədə hansı statusda iştirak edə biləcəyi məlum deyil.

73 yaşlı Kita 2007-ci ildən "Nant"ın sahibdir. Onun kluba rəhbərlik etdiyi 19 il ərzində klub iki dəfə - 2009 və 2026öcı ildə Liqa 1-dən düşüb.

"Nant" Liqa 2-də cari mövsümə pis başlayıb, ilk üç oyununun hamısında məğlub olub. Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandanın rəhbərliyi bu həftə Mişel Der Zakaryanı baş məşqçi vəzifəsindən kənarlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью