Devid Bekhem Messiyə görə Buenos Ayresə getdi VİDEO

07.10.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İnter Mayami” klubunun sahibi Devid Bekhem Lionel Messinin Argentina millisindəki vida matçını canlı izləmək üçün Buenos-Ayresə gedib.
Bizim.Media xəbər verir ki, Bekhem bu tarixi qarşılaşmada ABŞ klubunu təmsil edən yeganə şəxs olub.
39 yaşlı Messinin Argentina millisindəki son beynəlxalq oyunu Benin yığmasına qarşı keçirilib.
“Monumental” stadionunda baş tutan qarşılaşmanı minlərlə azarkeş izləyib. Messi 2026-cı il dünya çempionatından sonra Argentina millisində çıxışını başa çatdıracağını açıqlayıb.
 

Əfsanəvi futbolçunun vida matçı münasibətilə Buenos-Ayresə dünyanın müxtəlif ölkələrindən tanınmış futbolçular və futbol ictimaiyyətinin nümayəndələri də gəlib.


Bekhem daha əvvəl Messi ilə bağlı emosional paylaşım edərək argentinalı ulduzun futbol irsinə və karyerasına yüksək qiymət verib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью