Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Keçmiş futbolçu Devid Bekhem həyat yoldaşı Viktoriya Bekhemin heç yerdə olmayan fotolarını paylaşıb.
BAKU.WS xəbər verir ki, o həyat yoldaşının 49 yaşını sosial şəbəkədə arxiv fotolardan paylaşaraq təbrik edib.
"Hamımızın təsəvvür edə biləcəyimiz ən yaxşı dost, ana doğum günün mübarək. Səni çox sevirik" -deyə Bekhem şəkillərə əlavə edib.
Viktoriyanın paylaşılan şəkilləri əsasən uşaqlıq illərində lentə alınan fotolardır.
Xatırladaq ki, Viktoriya ilə Devid ilk dəfə 1997-ci ildə tanış olublar. Həmin vaxt Viktoriya 22 Devid isə 21 yaşında olub.
Cütlük 1999-cu ildə evlənib. Toy İrlandiyanın Dublin şəhərində baş tutub.
Cütlüyünün Bruklin, Romeo, Kruz və Harper adlı uşaqları var. Bekhem karyerası ərzində "Mançester Yunayted", "Real Madrid", "Milan" kimi klubların şərəfini qoruyub.
Qalereya