Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları üzə çıxdı

16.07.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

1965-ci ildə Cimmi Peycin iştirakı ilə lentə alınan və indiyədək heç yerdə yayımlanmayan Devid Bouinin mahnılarından ibarət albom sentyabrın 18-də ictimaiyyətə təqdim olunacaq.

Kulis.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.

Albom o illərdə əfsanəvi musiqiçi ilə əməkdaşlıq edən prodüser Şel Talminin şərəfinə "David Bowie: The Shel Talmy Recordings" adlandırılıb.

Söhbət sənətçinin karyerasının lap əvvəlində, hələ öz əsl adı — Deyvi Cons ilə çıxış etdiyi vaxtlarda yazılmış mahnılardan gedir. O dövrdə gənc musiqiçi tamamilə fərqli bir janrda — 60-cı illərin ortalarında Londonda populyar olan psixodelik pop-rok elementləri daşıyan blüz janrında ifa edirdi.

Bu qeydlərdən bir il sonra, yəni 1966-cı ildə, Deyvi Cons "The Monkees" qrupunun solisti ilə eyni adı daşıdığı üçün səhv salınmamaq məqsədilə təxəllüsünü dəyişərək bütün dünyanın tanıyacağı "Devid Boui" adını götürüb.

Yeni kolleksiyada yalnız Devid Bouinin deyil, dövrün digər əfsanəvi isimlərinin də əməyi var.. Belə ki, treklərin ərsəyə gəlməsində gələcəkdə "Led Zeppelin" qrupunun məşhur gitaraçısı olacaq Cimmi Peyc və "The Beatles", eləcə də "The Rolling Stones" qrupları ilə əməkdaşlıq edən virtuoz pianoçu Niki Hopkins də iştirak edib.

Aclıq aksiyası niyə dünyanın ən təhlükəli etiraz forması sayılır? - Tarixin ən qorxulu müqaviməti Şeytan əməli - Rüstəm Dastanoğlunun yeni hekayəsi 88 yaşlı Entoni Hopkins albom buraxdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью