Devid Linçin ölüm səbəbi açıqlandı

10.02.2025

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 16-da vəfat edən görkəmli rejissor Devid Linçin ölüm səbəbi açıqlanıb.

Kulis.az xəbər verir ki, Los Anceles Xalq Sağlamlığı Departamentinin məlumatına görə, aktyor xroniki obstruktiv ağciyər xəstəliyi səbəbindən ürək dayanmasından dünyasını dəyişib.

Ailəsi Linçin ölümü ilə bağlı bunları deyib:

"O, artıq yanımızda deyil. Boşluqdayıq. Amma onu da dediyi kimi, gözünüz donutda olsun, içindəki boşluqda yox".

O - Pərviz Cəbrayılın hekayəsi Fatih Portakal karyerasını başa vurur Madonna Trampın transgenderlərlə bağlı qərarını tənqid etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью