Devid Linçin ssenarisi illər sonra ortaya çıxdı

03.08.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Amerikalı rejissor Devid Linçin 1980-ci illərdə Mark Frost ilə birlikdə qələmə aldığı absurd komediya layihəsinin təfərrüatları gün üzünə çıxıb.
Kulis.az xəbər verir ki, "Eraserhead" və "Blue Velvet" kimi filmlərin rejissoru Devid Linç "Twin Peaks" serialındakı ortağı Mark Frost ilə birlikdə "One Saliva Bubble" adlı qeyri-adi bədən dəyişmə komediyasının ssenarisini yazıb.
Hollivudun məşhur aktyorları Stiv Martin və Martin Şortun başrollarda çəkilməsi nəzərdə tutulan filmin istehsalı layihəni maliyyələşdirən şirkətin müflisləşməsi səbəbindən çəkilişlərə 6 həftə qalmış ləğv edilib.
Ssenariyə əsasən, Hadisələr Kanzasdakı bir hava limanında hərbi peykdən gələn şüanın təsirilə insanların şəxsiyyət və bədən dəyişdirməsi ətrafında cərəyan edir. Bütün bu xaosa isə məxfi hərbi bazadakı kompyuter panelinin üzərinə düşən tək bir tüpürcək qabarcığı səbəb olur.
Stiv Martin illər sonra bu ssenarini "ustalıq işi" kimi qiymətləndirib.

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir? İslahatçı, ilahiyyatçı, yoxsa yazıçı? - Erazm Martin Lüterə niyə qoşulmamışdı? "Əgər çəkdiyim əzab bir qadının gözünü açacaqsa..." - Livanlı yazıçının romanından hissə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью