Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Devlet Bahçeli bildirib ki, Türk dünyasının Qərblə Şərq arasında strateji əlaqəsini təmin edən Zəngəzur dəhlizi üzərində diqqətlə dayanmaq lazımdır.
Modern.az xəbər verir ki, Devlet Bahçeli partiyasının qrup toplantısında çıxışı zamanı bildirib:
“Zəngəzur dəhlizi dedik, amma artıq adını düzgün qoyaq, bu xətt Turan dəhlizidir. Turan dəhlizi Qarsdan Türküstan çöllərinə qədər uzanan tarixi və mədəni gələcəyini qapısıdır”.
Xatırladaq ki, 8 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb. İki lider burada bir saziş imzalayıb və həmin saziş Zəngəzur dəhlizi layihəsini də əhatə edib.
Layihə beynəlxalq arenada “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adı ilə tanınır.