Devrilmiş prezident ölkəni tərk etdi

19.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

"Prezident"likdən istefa məktubunu imzalayan Aslan Bjaniya Abxaziyanı tərk edib.

Publika.az xəbər verir ki, bu barədə rəsmi təsdiqini tapmayan məlumatı “Abxaziya Portalı” yayıb.

Bildirilir ki, Bjaniya daha əvvəl demişdi ki, istefa verəcəyi təqdirdə növbədənkənar "prezident seçkiləri"ndə iştirak edəcək.

Xarici KİV yazır ki, Abxaziya müxalifətinin lideri Adqur Ardzinba da öz növbəsində bütün etirazçılara təşəkkür edib və onları evlərinə qayıtmağa çağırıb.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью