Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Yeraltı” serialında rol alan aktrisa Devrim Özkan haqqında maraqlı iddia irəli sürülüb.
OLAY yazır ki, iddialara görə, aktrisanın onunla bir saat yemək yemək istəyən ərəb şeyxindən 2,5 milyon dollar aldığı və bu təklifdən sonra Dubaya getdiyi bildirilib. Sözügedən xəbərlərdən sonra məşhur aktrisa susqunluğunu pozub.
Aktrisanın agentliyi yayılan iddialarla bağlı açıqlama verib:
“Aktrisamız Devrim Özkan qlobal bir brendlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək xüsusi jurnal üz qabığı fotosessiyası üçün Dubayda yerləşir. Onun haqqında mətbuatda və sosial şəbəkələrdə yayılan, həqiqəti əks etdirməyən və heç bir konkret əsası olmayan xəbərləri qəti şəkildə təkzib edir və pisləyirik”.