Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva "Spartak"ı baş məşqçisi Deyan Stankoviçlə yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəfdaşlıq qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib. Komandaya müvəqqəti olaraq Vadim Romanov rəhbərlik edəcək.
Qeyd edək ki, ötən illərin ulduz futbolçusu olan Stankoviç 2024-cü ilin iyul ayından "Spartak"ı çalışdırıb. Paytaxt klubu serbiyalı mütəxəssisin hbərliyi altında 64 oyun keçirib, 37 qələbə qazanıb, 11 heç-heçə edib və 16 dəfə məğlub olub.