Dəyəri 10 min manatdan çox avadanlıq oğurlandı

05.11.2024

Icma.az, Bakupost saytına istinadən bildirir.

Bakının Yasamal rayonunda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıb.

Bakupost.az xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən şəxs evindən 10 min 700 manat dəyərində məişət avadanlıqları oğurlanıb:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью