Dəyəri 4 trilyon dollardan çox olan şirkətlər

13.01.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Texnologiyanın gücü günü-gündən artır. Bu, özünü bazar dəyəri ən yüksək olan şirkətlər arasında da göstərir. Hazırda 2 texnologiya şirkətinin bazar dəyəri 4 trilyon dollardan çoxdur. Bunlar "Nvidia" və "Alphabet"dir (Google).

Banco.az companiesmarketcap-a istinadən xəbər verir ki, 13 yanvar 2026-cı il tarixinə bu 2 şirkətin bazar dəyəri müvafiq olaraq 4,5 trilyon dollar və 4 trilyon dollardır.

"Apple" və "Microsoft"un bazar dəyəri isə 3 trilyon dollardan çoxdur. Bu iki şirkətin bazar dəyəri isə 3,8 trilyon dollar və 3,5 trilyon dollar təşkil edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью