Dəyəri 500 dəfə artan özbək: Siti ona görə bu qədər təklif edir

10.01.2025

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Lans"ın və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov "Mançester Siti"yə keçməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Floryan Plattenberq məlumat yayıb.

Onun sözlərinə görə, “şəhərlilər” 20 yaşlı futbolçu üçün artıq fransızlara 50 milyon avro təklif edib. Hazırda futbolçu tibbi müayinədən keçmək üçün klubdan müsbət cavab gözləyir.

Xusanov 2023-cü ildən "Lans"da çıxış edir. Fransa təmsilçisi onu Belarusun “Energetik BQU” klubundan cəmi 100 min avroya transfer etmişdi. Bu, onun indiki dəyərindən 500 dəfə azdır.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью