Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...Federal Təhqiqat Bürosu, saxtakarlıq mərkəzlərini və mütəşəkkil cinayətkar qrupları hədəf alan beynəlxalq əməliyyat çərçivəsində rekord həddə - 8 milyard dollardan çox dəyərində 127.000 bitkoinin müsadirə edildiyini və yüzlərlə şübhəlinin həbs olunduğunu elan etdi.
Ən böyük müsadirə, fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunan Kambocanın "Prince Holding Group" şirkətinin rəhbəri Çen Çjinin həbsi ilə bağlı idi.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fox News yazır.
Agentliyin məlumatına görə, Asiya, Afrika və Yaxın Şərqdəki cinayətkar şəbəkələr ABŞ vətəndaşlarını hədəfə alıb.
Onların arasında ABŞ hakimiyyəti tərəfindən transmilli cinayətkar təşkilat kimi təyin edilmiş Demokrat Karen Xeyirxah Ordusu qrupu da var.
Federal Təhqiqat Bürosu direktoru Kaş Patel bildirib ki, əməliyyatlar zamanı hüquq-mühafizə orqanları əməkdaşları saxtakarlıq sxemlərində iştirak edən təxminən 2000 şəxsi azad edib, dövriyyəsi 8 milyard dollardan çox olan cinayətkar mərkəzləri dağıdıb və təxminən 300 nəfəri həbs edib.
...Dubayda 275 şübhəli saxlanılıb, onlardan altısı ABŞ-a ekstradisiya olunacaq.
Əli Babayev