Deyilən sağlığa, Valdas!

26.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sabah”ın taktiki cəhətdən mükəmməl futbol oynadığı gün kimi aydındır. Özü də bunu imkanlarından daha üst səviyyədə reallaşdırır.

Deməli, komandanın fiziki/funksional hazırlığı yüksək səviyyəyə çatdırılıb və o tonusda saxlanır. Bu baza üzərində də Valdas Dambrauskasın taktiki çoxgedişliliyi ortaya fantastik nəticə çıxarır.

Ən vacib nəsnə isə daxili harmoniyanın yüksək səviyyədə olmasıdır.

“Sabah”ın bu yerə gəlib çatmasında idman mediasının da böyük rolu var. Klub rəhbərliyinin püxtələşməsində, böyüməsində təhlillərin, tövsiyyələrin yeri danılmazdır.

Murad Musayev dönəmində şüurən böyüyən klub indi onun bəhrəsini görür. Fundamental qərarlar doğru verildi – həm baş məşqçi seçimi, həm də onunla münasibətlərin qurulması, seleksiya işi – bu üç təməl prinsipdə böyük davranan “Sabah” rəhbərliyi klubu layiqli yerlərə daşıya bildi.

İndi Azərbaycanda tək “Qarabağ” yox, artıq “Sabah” da var. Bu sıraya qoşulmaq iddiasında olanlar isə inkişafın detonatorudur.

Emosiyaları ərşə çəkib, göyə qaldıran oyundan sonra Valdas belə deyib: “…heç vaxt alkoqol qəbul etməmişəm, amma əminəm ki, bu gün xüsusi qeyd edəcəyəm”.

Bu, emosiyanın apogeyidir.

Deyilən sağlığa!

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью