Deyilənlər tamamilə cəfəngiyyatdır

12.07.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, Las-Veqasda keçirilən UFC 329 turnirində Makqreqor amerikalı rəqibinə uduzub.

İrlandiyalı döyüşçü birinci raundun ikinci dəqiqəsində aldığı zədə səbəbindən qarşılaşmanı davam etdirə bilməyib.

Makqreqor döyüşə zədəli çıxdığı barədə iddiaları təkzib edib:

“Bu döyüşə çox yaxşı hazırlaşmışdım. Baş verənlərə inana bilmirəm. Döyüşə zədəli girdiyim barədə deyilənlər tamamilə cəfəngiyatdır. Sakit, hazırlıqlı və özüməinamlı idim. Baş verənlərə görə şokdayam. Amma bunun öhdəsindən gələcəyəm. Məni dayandırmayacaqlar, geri qayıdacağam”.

Qeyd edək ki, Holloveylə döyüş Makqreqorun 2021-ci ildə Dastin Puaryeyə qarşı qarşılaşmada ayağından ciddi zədə almasından sonra ilk çıxışı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью