“Deyirdi ki, 20 ci şəhid mən olacağam...” İlkin Ağaquliyevin DÖYÜŞ YOLU VİDEO

03.11.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətən müharibəsinin şəhidi İlkin Ağaquliyev Şabrandan olan 20-ci şəhid kimi tarixə düşüb. Bu gün qəhrəmanımızın şəhadətindən 5 il ötür. 
Şabranın qəhrəman oğlu İlkin Ağaquliyev 2000-ci ildə dünyaya gəlib. Mingəçevirdə Azərbaycan Dövlət Pedaqoji Kollecində “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə təhsil alıb.
2018-ci ildə hərbi xidmətə yollanıb və xidmətdən sonra MAXE kimi ordu sıralarında qalıb. Müharibə başlayan gündən İlkin ön cəbhədə vuruşub. 
 

Sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də danışıb. Atasına deyib ki, “Qapımızdan bayraq as...” Atası isə “Özün qayıdıb asarsan” deyə cavab verib. Amma İlkin təkid edib və “Balaca bayraq asarıq” deyib. 


Bu, onların son söhbəti olub...
Ətraflı Bizim.Media-nın videosüjetində:

Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью