Deyirdik ki, əhali görəsən bunu necə qəbul edəcək Komitə sədri

29.09.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

“Qohum evliliyi ilə bağlı qəbul etdiyimiz qanunla bağlı Qazaxıstanda iştirak etdiyim tədbirdə rəsmilər bildirdilər ki, biz neçə illərdir bu məsələni qaldırsaq da parlamentə daşıya bilmirik. Bir çox hallarda biz bu qanunu müzakirə edəndə deyirdik ki, əhali görəsən bunu necə qəbul edəcək”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.

“Əlbəttə, cürbəcür fikirlər olacaq, amma xalq bunu yaxşı qəbul etdi. Bu istiqamətdə vacib işlər görüldü və hələ də görüləcək. Bu təbii prosesdir. Hamı istəyər ki, böyük dəyişikliklər olsun, amma hər bir məsələ yetişməlidir”, deyə komitə sədri bildirib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью