Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xalq artisti Zülfiyyə Xanbabayeva qara rəngə olan sevgisindən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Kəşfet” proqramında qonaq olarkən söz açıb. O, qara rəngin onun üçün özünəinam və əsalət ifadə etdiyini bildirib:
“Hərdən mənə deyirlər ki, "Bu qara rəng nədir axı?". Modelyer Koko Şanelin də dediyi kimi, qara rəng heç vaxt çox olmur. Mənə elə gəlir ki, bütün rəngləri qara şölə ilə özündən uzaqlaşdırır. Bu, əsalət, özünəəminlik rəngidir. Burada uduzmaq söhbəti yoxdur. Bəlkə də, bununla özümü sığortalayıram.
Deyirlər ki, formasını, köklüyünü gizlətmək üçün qara rəng geyinir. Yox, arıqladım, yenə də qara rəng geyinirəm. Özümə çəhrayı paltar almışam, dolabdan o mənə baxır, mən də ona. Yəqin ki, nə vaxtsa, qarderobdan çıxacaq”.