Deyirlər ki, mən nə deyirəm, Tramp edir...

30.07.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın əsas üç variantı var: birincisi, razılaşma əldə etməkdə uğur qazanmaq, ikincisi, blokadanı davam etdirmək, üçüncüsü, hərbi əməliyyatlar aparmaq.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu “ABC Nyus”a müsahibəsində deyib.

“İranın nüvə proqramının sonuna səbəb olacaq hər şeyi istəyirik. Bu, bizim ortaq məqsədimizdir. Bilirsiniz, Amerikada tez-tez deyirlər ki, Tramp mənim dediyim hər şeyi edir. İsraildə isə çox vaxt deyirlər ki, mən onun dediyi hər şeyi edirəm.

Amma həqiqət budur ki, biz tərəfdaşıq. Biz müttəfiqik.

O, böyük tərəfdaşdır. Axı Amerika Birləşmiş Ştatlarıdır. Bunu unutmayaq. Mən isə kiçik tərəfdaşam, amma İsrailin Baş naziriyəm. Və ölkəmin maraqlarını və ölkəmin təhlükəsizliyini müdafiə etməli olduğum zaman bunu edirəm”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью