“Deyirlər ki, Putin mənə göz vurdu…” Paşinyan

22.10.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mənim Rusiya Prezidenti Vladimir Putinlə “dikbaş” ünsiyyətim çoxunun xoşuna gəlir”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Sadəlövh yanaşma düzgün deyil. Guya Putin mənim çiynimə vurdu, göz vurdu, səmimi davrandı… Yəni siz düşünürsünüz ki, biz bir-birimizi görəndə necə davranmalıyıq?” – deyə o bildirib.

Paşinyan qeyd edib ki, Rusiya ilə münasibətlər müsbətdir və belə də davam edəcək:

“Lakin bu, Ermənistanın tarixindən 2020, 2021 və 2023-cü illərin silinəcəyi demək deyil. Yəni bu, pulunu ödədiyimiz halda silahların bizə verilməməsinin tariximizdən yoxa çıxacağı demək sayılmır. 2022-ci ilin sentyabrı da tariximizdən silinməyəcək. Həmin vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müqavilə öhdəliyini yerinə yetirmədi və bunun ciddi nəticələri oldu.

Fakt budur ki, biz silah, qaz və ərik baxımından bir ölkədən asılıyıqsa, bu, dövlətimiz üçün təhdiddir. Biz həmin təhdidi idarə etməliyik. Ermənistanın müstəqillik səviyyəsini yüksəldirik. Bu müddətdə Ermənistanın siyasi analitik dairələrində deyirlər ki, Putin Nikolun çiyninə vurdu, bütün bunlar oyundur, həqiqət üzə çıxacaq. Əslində isə bütün bunlar çoxlarının düşündüyündən daha ciddidir. Söhbət Ermənistanın müstəqilliyindən və dövlətçiliyindən gedir”./Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью