Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Onda nə gözəl olar! Amma biz çox şeyin hər gün olmasa da hər ay bahalaşdığını görürük. Görürük ki, tez-tez ətin, yağın, qəndin, çayın, şirniyyat məhsullarının qiyməti artır!
Belə olan halda , təbii ki, meyvələrin də qiyməti ucuz olmayacaq! Payızın öz meyvələri var! Yəni payızın alması var, armudu var, şaftalısı var, xurması var , üzümü var... Və saymaqla qurtarmayan meyvələri var! İndi bazalarda bu meyvələr müxtəlif qiymətlərə satılır! Bu gün 8 Kilometr bazarında adını çəkdiyimiz meyvələr münasib qiymətlərə satılır!
Satıcılar deyir ki, 5-10 gündən sonra qiymətlər bir qədər də aşağı enəcək! İndi sitrus meyvələr də bir o qədər baha deyil! Məsələn, mandarinin bir kiloqramı bir manatla, bir manat əlli qəpik arasındadır. Bu məhsulların da qiymətinin ucuzlaşacağı deyilir!!! Bir sözlə, ucuzluq olasa, insanlar da sevinər!!!
Emil FAİQOĞLU