Deyirlər, TikTok da oturub pul yığır

07.09.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə canlı yayım açmasını tənqid edənlərə cavab verib.

Axşam.az xəbər verir ki, aktrisa TikTok-da açdığı canlı yayım zamanı izləyiciləri ilə söhbət etdiyini bildirib. O, canlı yayımlara pul qazanmaq məqsədilə girdiyi ilə bağlı fikirlərin doğru olmadığını vurğulayıb:

“Elə düşünürlər ki, TikTok-da canlıya pul yığmaq üçün girirəm. Yox, mən izləyicilərimlə söhbət etmək üçün bura girirəm. Hədiyyə atanlara da təşəkkür edirəm”.

M.Xanlarova hazırda işsiz olduğunu, heç bir yerdə çalışmadığını deyib:

"Pensiya yaşım da deyil, 59 yaşım var. Mən heç vaxt nəyisə gizlətməmişəm. Deyirlər, oturub dilənir. Niyə? Gözləyirəm, işləməyə. Mağazada belə işləməyə eyib kimi baxmıram. Ya iş tapmalıyam, ya da... Nə vaxta kimi dost-tanış mənə yardım edəcək?".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью