“Dəyişən bir şey yoxdur, yenə “Neftçi”ni udduq” Kadi+Video

17.02.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges maraqlı açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

Kadi “müəyyən fasilədən sonra yenidən “Neftçi”yə qarşı oynadınız. Rəqibdə hər hansı dəyişiklik var” sualına belə cavab verib:

“Mənim üçün dəyişən bir şey yoxdur, çünki yenə də “Neftçi”yə qalib gəldik. Bu, Azərbaycan derbisidir. Bütün ölkənin diqqəti bu oyunda olur. Odur ki, bu matçda qələbə qazanmaq bizim üçün vacib idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью