Dəyişən və limiti keçən “Qarabağ”

04.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən yazımızda “Neftçi”nin legion transferlərindən və rüsumlarla bağlı limitə düşdüyündən yazmışdıq. Bu dəfə isə “Qarabağ”la bağlı kiçik araşdırma apardıq.

Misli Premyer Liqasında heyətində ən çox legioner olan klub “atlılar”dır. Demək olar ki, heyətinin 90 faizini dəyişən “Qarabağ” çempionat üçün 18 legioner sifariş edib.

Misli Premyer Liqasında legioner limitinin ləğvindən sonra klubların əcnəbilər üçün ödəməli olduğu rüsum müəyyənləşdirilib.

Ötən ilin fevralında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən ödəmələrlə bağlı qərar belədir:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

“Qarabağ” son olaraq Rana Xadra və Taofiq İsmaili transfer edib. Klub onlar üçün 200 min manat rüsum ödəməli olub. Ümumilikdə “atlılar” legionerləri üçün 785 min manatından keçib.

Çempionluq iddiasında olan “Qarabağ” artıq transferlərini yekunlaşdırıb. Klub azı qışa qədər bu heyətlə mübarizə aparacaq.

Dəyişim asan proses deyil və nəticələrinə də səbr etmək lazımdır. Yenilərin uyğunlaşması üçün zamana ehtiyac var. “Qarabağ”ın bu mövsüm oyunlarında axsaqlıq hiss edilir və bu, məhz dəyişiklik siyasəti ilə bağlıdır. Tarixində ilk dəfə transferlərə böyük pullar xərcləyən “atlılar” yenidən zirvədə olma planları qurur.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью