“Dəyişiklik baş verənə qədər Venesuelanı idarə edəcəyik” Tramp

03.01.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


“Təhlükəsiz, düzgün və sağlam düşüncəli dəyişiklik baş verənə qədər Venesuelanı idarə edəcəyik”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ-nin məqsədi məhz sağlam düşüncəli idarəçiliyin olmasıdır.
“Biz böyük Venesuela xalqı üçün, o cümlədən hazırda ABŞ-də yaşayan və ölkələrinə qayıtmaq istəyən bir çox venesuelalı üçün sülh, azadlıq və ədalət istəyirik. Venesuela xalqının rifahını düşünməyən başqa birinin Venesuelanı ələ keçirməsi riskini gözə ala bilmərik. Biz buna imkan verməyəcəyik. Biz indi oradayıq və düzgün keçid mümkün olana qədər qalacağıq”, - deyə Tramp əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью