Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. "Son bir il ərzində Azərbaycan ilə İran İslam Respublikası arasında münasibətlərdə müsbət dina
44 günlük Vətən müharibəsindən sonra İranın Azərbaycana qarşı sərgilədiyi sərt siyasi mövqe, təxribat xarakterli addımlar, Ermənistanla, elə
Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, keçən ilin may ayından etibarən bu münasibətlərdə nisbətən yumşalma prosesi müşahidə edilməyə başlanmış və İranın yeni prezidenti vəzifəyə gəldikdən sonra əlaqələrdə müsbət tendensiyalar daha da aydın şəkildə nəzərə çarpmışdır: "İran prezidentinin 2024-cü ilin aprel ayında Azərbaycana etdiyi rəsmi səfəri münasibətlərin inkişafında yeni bir mərhələnin başlanmasına zəmin yaratmışdır.
Bu səfər çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunmuş, ortaq layihələrin həyata keçirilməsi məsələləri gündəmə gətirilmişdir.
Xüsusilə, Araz çayı üzərində inşa ediləcək hidrotexniki qurğular və enerji layihələri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynaya biləcək strateji addımlar kimi qiymətləndirilir.
Bu əməkdaşlıq təşəbbüsləri Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı üçün əlverişli zəmin formalaşdırır".
Politoloq qeyd edib ki, bütün müsbət tendensiyalara baxmayaraq, təəssüf ki, İranın Azərbaycan Respublikasına yönəlik siyasətində hələlik prinsipial və köklü dəyişikliklərin baş verdiyini müşahidə etmirik: "Bu dəyişimin baş verməsi də qısa zaman ərzində real görünmür.