Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda Azərbaycan-Gürcüstan media forumu öz işinə başlayıb. Gürcüstandan gəlmiş media mütəxəssisi İoane Şaismelaşvili deyib ki, dezinformasiya ildən-ilə daha "özündənrazı" xarakter alır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Gürcüstanlı ekspert seçkilər zamanı dezinformasiya kampaniyasına toxunaraq deyib ki, siyasi sifarişlə cəmiyyətin məlumatlandırılması qarşıdurmanı gücləndirib.
O deyib ki, bununla bağlı müvafiq qanunlar qəbul edilməlidir: "Cəmiyyətin radikallaşdırılması həm Azəraycanda, həm Gürcüstanda ciddi narahatlıq yaradır. Ona gprə də daha sərt tənzimləmələrə ehtiyac var".
Ekspert deyib ki, dezinformasiya yayanlar insanların duyğularını istismar edir və düşüncəsini yanlış yönləndirir.
İoane Şaismelaşvili bu sahədə iki ökənin daha sıx əməkdaşlığına ehtiyac olduğunu deyib.
S.Əhmədli, bizimyol.info