DGK da yeni idarə yaradıldı, rəis təyin edildi

30.07.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsində struktur dəyişikliyi olub.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.

Belə ki, DGK-nin Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb.

Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью