DGK Dubay Bakı reysində baş verən insidentə aydınlıq gətirdi Video

24.11.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Gömrük baxışı prosesində vətəndaş Eldur Hüseynov özü ilə gətirdiyi əşyaları gömrük nəzarətinə təqdim etməkdən imtina edib. Bununla da gömrük nəzarəti prosesinin həyata keçirilməsini çətinləşdirib və kəskin surətdə aqressiya göstərməklə etiraz edib. Yaranmış hal əşyaların yoxlanması və eyniləşdirilməsində çətinliklər yaratdığından gömrük nəzarəti prosedurlarının gecikdirilməməsi məqsədilə ona məxsus əşyalar digər gömrük nəzarəti zonasına yönləndirilib.

Vətəndaş etik davranış qaydalarına riayət etmədiyindən müvafiq akt tərtib olunaraq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bununla yanaşı, Eldur Hüseynovla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib və məsələ ətraflı müzakirə edilərək gömrük qaydaları barədə məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью