Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda növbəti oyununa bu gün çıxacaq.
İdman.Biz xəbər verir ki, Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin ilk matçında Polşa təmsilçisi “LKS Commercecon LODZ”i qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “DH Volley” əvvəlki raundda Danimarkanın “Holte IF” klubunu məğlub edib - 3:1, 3:0.