sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"DH Volley" bu gün CEV Çelenc Kubokunda növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, komandamız turnirin 1/32 final mərhələsinin cavab matçında Danimarka təmsilçisi "Holte IF" ilə üz-üzə gəlir.
Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq görüşün start fiti saat 18:00-da səslənəcək.
Qeyd edək ki, tərəflər arasında baş tutan ilk oyun təmsilçimizi 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cütün qalibi növbəti mərhələdə LKS (Polşa) ilə qarşılaşacaq.