“DH Volley” LKS ilə üz üzə

26.11.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda növbəti oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Durval De Santana Nunyesin rəhbərlik etdiyi kollektiv 1/16 final mərhələsinin ilk matçında Polşa təmsilçisi LKS-ni qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma saat 18:00-da start götürəcək.

Xatırladaq ki, “DH Volley” əvvəlki raundda Danimarkanın “Holte IF” klubunu məğlub edib – 3:1, 3:0.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью