Di Kaprionun sevgilisi ilk dəfə münasibətlərindən danışdı

26.03.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyaca məşhur aktyor Leonardo Di Kaprionun 26 yaşlı model sevgilisi Vittoria Geretti ilk dəfə münasibətlərindən danışıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı aktyorla sevgili olan italyan model çox xoşbəxt olduğunu bildirib:

“Səndən daha böyük izləyici kütləsi olan biri ilə münasibət quranda, kiminsə “sevgilisi” olursan. Və bu, son dərəcə əsəb pozan ola bilər. İnsanlar sənin haqqında “onun sevgilisi”, “keçmiş sevgilisi” kimi ifadələr işlədərək danışmağa başlayırlar. İnsanların sizi etiketləməsinə görə istədiyin insanı sevə bilməmək xoş deyil. Əgər bir-birinizi sevirsinizsə, narahat olmaq üçün heç bir səbəb yoxdur. Sevgi sizi qoruyacaq və xoşbəxtlik bəxş edəcək”.









Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью