Di Maria 18 ildən sonra doğma klubuna qayıtdı

08.07.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Benfika”nın sabiq futbolçusu Anxel Di Maria 18 ildən sonra yenidən “Rosario Sentral”a qayıdıb. 

QOL.az xəbər verir ki, bu barədə Argentina klubunun rəsmi saytı məlumat yayıb.

37 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Di Maria məhz “Rosario Sentral”ın yetirməsidir. O, 2007-ci ildə bu klubdan 8 milyon avroya “Benfika”ya transfer olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью