Di Maria Benfika nı tərk edəcəyini açıqlayıb

18.05.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Anxel Di Maria yayda komandanı tərk edəcək. SİA xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu özü sosial şəbəkə hesabında bildirib.

Argentinalı oyunçu klublararası dünya çempionatı zamanı komandanın heyətində yer almayacaq.

Onun Lissabon kollektivi ilə olan müqavilə müddəti iyunun 30-da başa çatır.

Qeyd edək ki, 2023-cü ildən "Benfika"da çıxış edən Di Maria cari mövsüm 39 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью