Di Maria, Florenzi, Paredes və bir neçə futbolçu istintaqa cəlb olunub qanunsuz mərc oyunl…
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyada qanunsuz mərc fəaliyyətləri ilə bağlı aparılan istintaq çərçivəsində bir neçə tanınmış futbolçu araşdırma altına düşüb.
Sportal.az xəbər verir ki, "Corriere della Sera" nəşrinin məlumatına görə, Nikolo Fadjoli və Sandro Tonalinin futbol oyunlarına etdiyi mərclərlə bağlı istintaq zamanı “Fiorentina” və “Nyukasl” oyunçularının messencer yazışmaları yoxlanılıb.
Yoxlama nəticəsində məlum olub ki, ən azı daha 11 A Seriyası oyunçusu da qeyri-qanuni mərc platformalarında oyunlarda iştirak edib.
İstintaqın gəldiyi qənaətə görə, 2021-ci ilin dekabrından 2023-cü ilin oktyabrına qədər bu qeyri-qanuni platformalarda aşağıdakı futbolçular oynayıb: Alessandro Florenzi Nikolo Dzanolo Mattia Perin Ueston Makkkenni Leandro Paredes Anxel Di Mariya Raul Bellanova Samuele Ricci Kristian Buonayuto Matteo Cancellieri Xunior Firpo Bu oyunçular futbol matçlarına deyil, əsasən poker və onlayn slot oyunlarına mərc ediblər.
Əgər onların günahı sübuta yetirilərsə, oyunçular həm idman, həm də hüquqi baxımdan ciddi sanksiyalarla üzləşə bilərlər.
Xatırladaq ki, Nikolo Fadjoli 2023-cü ilin oktyabrında futbol oyunlarına etdiyi mərclərə görə 7 ay müddətinə diskvalifikasiya olunmuşdu.
Əlavə 5 aylıq cəza isə yarımillik məcburi terapiya ilə əvəz olunmuşdu.
Tam oxu
Xəbəri oxu